Xəzər Xəbər

Lənkəranda usta ehtiyatsızlıqdan ölüb

Region | 12:27 • 16 Fevral 2020
Lənkəranda usta ehtiyatsızlıqdan ölüb

Lənkəran şəhərində 62 yaşlı usta ehtiyatsızlıqdan yıxılaraq dünyasını dəyişib.


Dünən axşam saatlarında şəhər sakini 1958-ci il təvəllüdlü Nəhmət Sərəng oğlu Məmmədov usta kimi çalışdığı evin hasarında qaynaq işi görərkən yüksəklikdən yıxılıb.


N. Məmmədov kəllə-beyin travması ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq. O, bu gün səhər saatlarında dünyasını dəyişib. Mərhumun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti