Xəzər Xəbər

Hacıqabulda mənzildən oğurluq edən keçmiş məhkum yaxalanıb

Region | 14:40 • 6 Noyabr 2019
Hacıqabulda mənzildən oğurluq edən keçmiş məhkum yaxalanıb

Hacıqabul rayonunda qadın sakin noyabrın 4-də Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzi Xidmətinə və rayon polis şöbəsinə müraciət edərək ona məxsus fərdi evdən ümumi dəyəri 2715 manat olan məişət və geyim əşyalarının oğurlanması ilə bağlı məlumat verib.


DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı M.Abdullayev Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib. Onun oğurladığı əşyalar maddi sübut kimi götürülüb.


Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Xəbər lenti