Xəzər Xəbər

Səyyar “ASAN xidmət”ə 2 milyonuncu vətəndaş müraciəti qeydə alınıb

Region | 14:39 • 22 Oktyabr 2019
Səyyar “ASAN xidmət”ə 2 milyonuncu vətəndaş müraciəti qeydə alınıb

Oktyabrın 22-də səyyar "ASAN xidmət”ə 2 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.


Xezerxeber.az verir ki, bu müraciət Zaqatalada səyyar "ASAN xidmət”ə rayon sakini Afər Davudov tərəfindən edilib. O, Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb.


İki milyonuncu müraciətin sahibi Afər Davudov təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıb.


"ASAN xidmət”in əməkdaşı Sona Tağıyevanın verdiyi məlumata görə, hazırda 15 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan əlavə, regionlarda 10 səyyar "ASAN xidmət” avtobusu və səyyar "ASAN qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.


Səyyar "ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Xəbər lenti