Lerikə istirahətə gələn Bakı sakininin avtomobili dərəyə aşıb.
Xezerxeber.az xəbər verir ki, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Babəli Məhərrəmovun idarə etdiyi "Lexus” markalı minik avtomobili dağlıq ərazidə yoldan çıxaraq dərəyə aşıb.
Yol-nəqliyyat hadisəsi zamanı sürücü və avtomobildə olan sərnişinlər - 2004-cü il təvəllüdlü Seyidəli Məhərrəmov və 2000-ci il təvəllüdlü Müseyib Cahangirov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyəti daha ağır olan sürücü xəstəxananın reanimasiya, sərnişinlər isə travmatologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar aparılır.