Xəzər Xəbər

Tərtərdə avtomat darağı tapılıb - FOTO

Region | 16:38 • 13 Avqust 2019
Tərtərdə avtomat darağı tapılıb -

Avqustun 13-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonu, Bildirçinli kəndi ərazisində avtomat darağının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan xezerxeber.az-a verilən məlumata əsasən, Agentliyin mütəxəssisləri və Tərtər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə həmin ərazidə əkin sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində boş avtomat darağı aşkar olunub. Avtomat darağının ətrafında 100 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Xəbər lenti

Çox oxunanlar