Xəzər Xəbər

Ağsuda 3 hektara yaxın buğda sahəsi yanıb

Region | 14:21 • 14 İyun 2019
Ağsuda 3 hektara yaxın buğda sahəsi yanıb

Ağsu rayonunda taxıl sahəsində yanğın hadisəsi baş verib.

Hadisə rayonun Bico kəndi ərazisində baş verib. Kənd sakini Şahid Salmanova məxsus buğda sahəsində baş vermiş yanğın qısa müddətdə güclənib.

Fövqəladə Hallar Nazirliyinin Ağsu Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının səyi nəticəsində alovun digər sahələrə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.

Hadisə nəticəsində Ş.Salmanova məxsus taxıl sahəsinin 2,5 hektarı yanıb. (Trend)

Xəbər lenti