Xəzər Xəbər

Salyanda yol qəzası - iki nəfər xəsarət alıb

Region | 11:49 • 25 May 2019
Salyanda yol qəzası -

Salyanda iki nəfərin xəsarət almağı ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.


Hadisə Ələt-Astara magistralının 45-ci kilometrliyində qeydə alınıb. Bakı şəhər sakini Məhərrəm Allahverdiyev idarə etdiyi "VAZ-2106” markalı avtombillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil aşıb.


Qəza nəticəsində avtomobilin sürücüsü və onun həyat yoldaşı Sarıtel Allahverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti