Xəzər Xəbər

Dədə Süleyman : "Torpaqlarımızın işğaldan azad edilmə xəbərini eşidəndə həyatım dəyişib cavan Süleyman oldum"

Mədəniyyət | 15:36 • 6 Dekabr 2020
Dədə Süleyman : "Torpaqlarımızın işğaldan azad edilmə xəbərini eşidəndə həyatım dəyişib cavan Süleyman oldum"

Öz sənəti ilə böyük bir elin müdrik ağsaqqalı kimi sevilən xanəndə, Azərbaycanınəməkdar artisti, "Dədə Süleyman” kimi tanınan Süleyman Abdullayev bu günlərdə çoxxoşbəxtdir. Çünki onun doğulub boya-başa çatdığı Füzuli rayonu artıq işğaldan azadedilib.

Süleyman Abdullayev zəngin tembrli, yüksək tessituralı səsə malik olan xanəndədir. O,ifa etdiyi muğamda sözün düzgün tələffüzünə, qəzəlin mənasının dinləyiciyəçatdırılmasına çalışır. Xanəndə ifa etdiyi muğamlarında vətən haqqında şeirlərəüstünlük verir. Onun ifalarında vətən həsrəti, yurd yanğısı aydın görünür. Qəlbi daimvətən həsrəti ilə alışıb-yanan xanəndə ifalarında bunu çox gözəl şəkildə tərrənüm etdirir.
Onun ifaları dinləyiciləri tərəfindən daima sevilir. Sənətkar vətənin hər qarışına sevgi iləyanaşır.


Süleyman Abdullayev Modern.az saytına Füzuli ilə bağlı xatirələrindən danışıb. Onunlasöhbəti təqdim edirik:


- Süleyman dədə, Füzulinin işğaldan azad olunma xəbərini eşidəndə hansı hisslərikeçirdiniz?


- Mən Azərbaycanın rayonlarını heç vaxt bölgələrə bölmürəm. Çünki hər biriAzərbaycandır. Azərbaycanın bir qarışı alınanda mənim həyatım dəyişdi. İstəyir Füzuli,Ağdam, Şuşa, Laçın olsun. Torpaqlarımızın işğaldan azad edilmə xəbərini eşidəndəhəyatım dəyişib cavan Süleyman oldum. Sevincimin həddi-hüdudu yoxdur. Mən artıqarzuma çatdım.


- Füzulinin işğaldan azad olunma xəbərini necə öyrəndiniz?


-Hər gün xəbərləri izləyirdim. Bilirdim ki, şad xəbər olacaq. Mən buna inanırdım.Yuxularımda da hər zaman torpaqlarımızın işğaldan azad olunmasını görürdüm. Bilirdimolacaq, lakin onun geci-tezi var idi. Mən Allah adamıyam yuxuya da, onun yozmalarınada inanıram. Bilirdik olacaq. İçərimizdə bizi istəməyənlər də var. Onlar hamısı bizim buqələbəmizə mat oldular.Dünya şöhrətli Sərkərdəmiz, Ali Baş Komandanımız İlhamƏliyev ordumuzla birlikdə bütün düşmənlərimizi mat etdilər. Bizim xalqımızın birləşməsibizə çox dəstək çıxdı. Bununla dünyaya sübut etdik ki, biz bir xalqıq. Bundan dahagözəl bir şey yoxdu, ola da bilməz. Ermənilərin torpağı yoxdur və heç bir zamandaolmayıb. Onlar həmişə qaçmalıdırlar. Şəhidlərimizin, igid oğullarımızın qarşısında başəyirəm. Onların analarına, qurban olum.


Mənim bu 30 ildə ağlamadığım gün olmayıb. Mən arzuma çatmışam. Nəinki mən bütünAzərbaycan arzusuna çatıb. Bu gedişlə biz İrəvanı da alacağıq. Onlar sülhə razıolmadılar və nəticəni də gördülər. Mənim sevincimin həddi-hüdudu yoxdur. Dövlətimizə,millətimizə, Ali Baş Komandanımıza, bütün əsgərlərimizə minnətdaram.Mənim 82 yaşım var, lakin torpaqlarımızın düşmən tapdağından azad olunma xəbərini
eşidən də elə bildim ki, yenidən doğuldum. O yerlərin hamısı mənim üçün doğmadır.

Mənim uşaqlığım orada keçib. Uşaqlığımın böyük bir qismi Hadrutda da keçib. Bizimkəndlə Hadrut arasında məsafə 11 km-dir. Hadrutdan Şuşaya məsafə isə 20 km-dir.Mən bunu bilirdim. Hazırda Füzulidən-Şuşaya Prezidentin sərəncamı ilə yol çəkilir.Mənim arzum odur ki, yenidən həmin yerlərə gedim.


- Kimlərdən təbrik aldınız?


- Zəng edib, məni təbrik edənlər çox oldu. Xaricdən, rayonlarımızdan dostlarımız hamısıtəbrik etdi. Azərbaycan tarrixində çox tarixlərimiz olub. Lakin İlham Əliyev qızıl hərflərləən gözəl və əlçatmaz tarixi yazdı.


- Füzuli rayonuna getmək haqqında planlarınız nədir, gedərkən ilk hara başçəkmək istəyərdiniz?


- Həmin torpaqlar minalardan təmizlənən kimi oraya gedəcəyəm. Bizim uşaqlar kəndəgetdilər. Qəbristanlıqların belə hamısının minalı olduğunu söylədilər. Demişəm ki,minalardan təmizlənənəndən sonra maşınla məni Füzulidən Şuşaya aparsınlar.


- Ata-baba yurdunuzun çoxlu videoları yayıldı. Uşaqlığınızın keçdiyi evi görəbildinizmi?


- Mən özüm Qoçəhmədli kəndində ikimərtəbəli ev tikdirmişdim. Füzulidə hər şeydağıdılıb. Daşlarını belə daşıyıb aparıblar. Orada gözəl bağlar, bağçalar var idi. Qozağacıları 100 yaşı var idi. Onların hamısını məhv ediblər. Evimin yeri qalıb. Füzuli kimidağıdılan rayonlar azdır. Cənab prezident dedi ki, bayraq taxmağa yer yoxdu. Bunlardünyanın ən pis məxluqudur. Dünya bunların cəzasınl verəcək. Onlar başa düşür ki, butorpaqlar Azərbaycanındır. Ərzurumdan İrəvana kimi gedəcəyik. Dədə Süleymantarixçilərdən xahiş edir ki, açıqlasınlar gələcək nəsillər bilsin ki, ermənin torpağıolmayıb.


- Füzulidə keçən uşaqlığınız bizə maraqlıdır? Füzulili günləri necə xatırlayırsınız?


- Uşaqlıq xatirələrim çoxdur. Danışsam bitmək bilməz. Yadımdadır ki, bizdən bir neçəkilometr aralıda ermənilər yaşayırdı. Dillərini də başa düşürdüm. Uşaqlıqda başadüşmürdüm. Bir dəfə anam söylədi ki, ermənilər 1905-ci ildə bizim kəndi yandırıblar.Daha sonra 1912-18-ci illərdə də ediblər. Bundan sonra ermənilərdən xoşum gəlmirdi.Uşaqlarla birgə gedib həmişə ermənilərlə dalaşırdıq. Onlar əvvəldən belə olublar. Gözəl
meşələrimiz var idi. Ərgünəş deyilən meşədən dekabrın axırı meyvə yığıb gətirirdik.Bunlar heç vaxt yadımdan çıxmır. Bizim kənddə Yeddibulaq var idi. O bulaqların hamısıdərman idi.Kaş qayıdanda el-obamı yerində tapa biləydim.

Sevinc 

Xəbər lenti