Xəzər Xəbər

Hacı Abbas hamamında təmizlik işlərinə başlanılıb

Mədəniyyət | 16:18 • 7 Sentyabr 2020
Hacı Abbas hamamında təmizlik işlərinə başlanılıb

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə məişət tullantıları ilə zibilləndirilmiş Hacı Abbas hamamında təmizlik işlərinə başlanılıb. Abidənin içərisi və ətrafı zibildən təmizlənir.


Dövlət Xidmətindən xezerxeber.az-a bildirilib ki, yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülən tarixi tikili dəfələrlə zibildən təmizlənsə də, eyni hallar yenidən təkrarlanıb. Sakinlər abidəni zibilləndirmələrini yaxınlıqda zibil qutularının olmaması ilə izah edirlər. Həmin əraziyə yaxın yerdə zibil qutuları da qoyulacaq.

Xəbər lenti