Xəzər Xəbər

Azərbaycandakı palçıq vulkanlarının YUNESKO-nun İrs siyahısına daxil olması üçün işlər aparılır

Mədəniyyət | 17:05 • 28 Avqust 2020
Azərbaycandakı palçıq vulkanlarının YUNESKO-nun İrs siyahısına daxil olması üçün işlər aparılır

"Azərbaycanda 300-dən çox palçıq vulkanı var. Bu cür təbiət obyektləri bütün ölkələrdə yoxdur. Regionda isə ən çox palçıq vulkanı məhz Azərbaycandadır".


Xezerxeber.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook" səhifəsində "Ekspert saatı" adlı verilişdə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.


Onun sözlərinə görə, ölkədə qoruq statusu altında mühafizə olunan vulkanlar var: "Qoruq isə ciddi mühafizə altında olan bir ərazidir. Amma qoruq ərazisi olmayan palçıq vulkanları da var. Təhlükəsizlik qaydalarına əməl etməklə gedib həmin palçıq vulkanlarına baxmaq mümkündür".


A. Səmədova bildirib ki, hazırda palçıq vulkanlarına geopark statusunun verilməsi və həmin geoparkların YUNESKO-nun İrs siyahısına daxil olması üçün işlər aparılır: "Ötən il geoparkların əsasnaməsi təsdiqlənib. Geopark statusu olduqdan sonra həmin vulkanlarda geoturizm inkişaf etdiriləcək. İnsanlar gedib həmin vulkanlara baxa və bələdçi vasitəsilə bu vulkanlar barədə məlumat ala biləcəklər”.

Xəbər lenti