Xəzər Xəbər

Misirdə məmlük-türk sultanlığı quranlar haqqında trilogiya ilin ən yaxşı romanı olub

Mədəniyyət | 15:39 • 11 May 2020
Misirdə məmlük-türk sultanlığı quranlar haqqında trilogiya ilin ən yaxşı romanı olub

Misirin qadın yazıçısı Rem Bəssyuneyin Əyyubilər sülaləsinin süqutundan sonra məmlüklər tərəfindən qurulan türk sultanlığından bəhs edən "Rəiyyət oğulları: Məmlük trilogiyası” əsəri ilin ən yaxşı romanı elan edilib.


Roman ədəbiyyat üzrə Misirin ən yüksək Naqüb Məhfuz mükafatına layiq görülüb və ərəb ölkələrində ən çox satılan kitab olub. Misir Mədəniyyət Nazirliyi nəzdində Ali Mədəniyyət Şurası tarixi romanı yüksək qiymətləndirib.


Misirdə və Yaxın Şərqdə Əyyubi sultanlarının köləsi olan (məmlük "ağ kölə” deməkdir) və 267 il hökmranlıq etmiş məmlüklərin maraqlı tarixini çox maraqlı bədii çalarlarla oxuculara təqdim edən Rem Bəssyuney üç ilə yaxın müddətdə araşdırmalar aparıb və qiymətli əsər ərsəyə gətirib. Sultan Həsən məscidində ilahiyyatçı alimlərlə də tarixi faktları öyrənən yazıçı ilk məmlük sultanı zamanından Osmanlı işğalınadək olan dövrü trilogiyaya sığdırıb. "Mən çalışmışam ki, oxuculara tarixi anlamaqda kömək edim, həmin dövrdə sosial məsələlərdən tutmuş, insanların məişətini, düşüncələrini çatdırım”, -deyə müəllif qeyd edib.


Ədəbi tənqidçilər və tarixçilər Qahirə Amerika Universitetinin sosiologiya üzrə professoru olan yazıçının əsərini Misir və İslam aləmi tarixinə və ədəbiyyatına töhfə kimi xarakterizə ediblər. (AZƏRTAC)

Xəbər lenti