Xəzər Xəbər

Aktrisa Tamara Gözəlova vəfat edib

Mədəniyyət | 16:22 • 8 May 2020
Aktrisa Tamara Gözəlova vəfat edib

Azərbaycan aktrisası, diktoru və mədəniyyət xadimi Tamara Gözəlova vəfat edib.


Bu barədə APA-ya mərhumun oğlu Vasif Ağamirov xəbər verilib.


O bildirib ki, anası uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib: "Anam günorta saatlarında vəfat edib. Bu gün dəfn ediləcək”.


Qeyd edək ki, T.Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, İçərişəhərdə anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 1965-ci ildən 2011-ci il yanvarın 18-ə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb.


1956-1959-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayan T.Gözəlova Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub.


Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı "O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandırıb.


Allah rəhmət eləsin.

Xəbər lenti