Amerika cazmeni Ellis Marsalis Jr. vəfat edib.
Xezerxeber.az-ın "gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, 85 yaşlı musiqiçi yeni tip koronavirus infeksiyasının yaratdığı pnevmoniyadan ölüb.
O, uzun illər Yeni Orleanda yaşayıb və caz musiqisinin inkişafı yolunda çalışıb. Şəhərin meri özünün "Twitter" səhifəsində onu "əfsanə" adlandırıb.