Xəzər Xəbər

Koronavirusa qarşı aparılan ümummilli mübarizə tanınmış insanları da həmrəy edib

Mədəniyyət | 09:51 • 27 Mart 2020
Koronavirusa qarşı aparılan ümummilli mübarizə tanınmış insanları da həmrəy edib

Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qlobal təhlükə olan koronavirusa qarşı apardığı ümummilli mübarizə tanınmış incəsənət xadimlərini də həmrəy edib.

Xalq rəssamı Vəcihə Səmədovanın 30 min manat dəyərində olan sənət əsəri Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edildikdən sonra bir sıra tanınmış sənət adamları da bu nəcib təşəbbüsə qoşulublar. Belə ki, "Qalereya -1969”un rəhbəri tanınmış rəssam-kalleksioner Elçin Orucov kolleksiyasında olan Xalq rəssamları Səttar Bəhlulzadənin iki və Mikayıl Abdullayevin bir, ümumilikdə isə beş əsəri Fonda ianə edib. Bundan əlavə, Xalq rəssamı Cabbar Qasımovun oğlu Ağadadaş Qasımov və Xalq rəssamı Sakit Məmmədovun oğlu, rəssam Nizar Məmmədov da bu təşəbbüsə qoşulublar. Həmçinin tanınmış idmançı, dünya çempionumuz Füzuli Musayev də şəxsi kolleksiyasında olan Xalq rəssamı Böyükağa Mirzəzadənin əsərini Fonda ianə etməyə hazır olduğunu deyib.

Qeyd edək ki, bu kompaniyaya Xalq rəssamı Vəcihə Səmədovanın nəvəsi, tanınmış rəssam Aqşin Mir Feyzullazadənin təşəbbüsü ilə start verilib. Kompaniyaya bütün incəsənət xadimləri qoşula bilər. (AZƏRTAC)

Xəbər lenti