Xəzər Xəbər

Misirli rəssam bədəvi tarixi ilə sürrealizmin sintezini yaradıb

Mədəniyyət | 14:42 • 3 Fevral 2020
Misirli rəssam bədəvi tarixi ilə sürrealizmin sintezini yaradıb

Misirli rəssam Vael Şavki səhrada yerləşən dağın üzərində bədəvi tarixi ilə sürrealizmin sintezinin təsviri olan videomaterial yerləşdirib. Heyrətamiz parlaq çəhrayı fonda nəhəng dəvə təsviri olan bu rəsm əsəri qaranlıqda xüsusi effekt qazanır. Elə təəssürat yaranır ki, sanki bədəvi ərəblərin rəmzi olan dəvə üzüyuxarı hərəkət edir.


AZƏRTAC cairoscene.com saytına istinadla xəbər verir ki, dağda hərəkət edən bu ecazkar rəsm əsəri turistlərin böyük marağına səbəb olub. Səudiyyə Ərəbistanına aid olan "Məcahim” tipli dəvə tünd qəhvəyi rəngdədir. Rəssam onun çəhrayı fonda təsvirini ustalıqla yarada bilib. Dəvənin üzərində isə qədim ərəb ornamentləri əks olunub.


Videonun xüsusi işıqlandırma sistemi ilə proyeksiyası sürrealizm janrının daha çox üzə çıxmasını təmin edib. Kimsəsiz səhrada diqqəti cəlb edən bu sənət əsəri Avropa və Amerikada sənətşünaslar tərəfindən də bəyənilib.

Xəbər lenti