Xəzər Xəbər

“La Skala” teatrının solistləri Heydər Əliyev Mərkəzində çıxış ediblər - FOTO

Mədəniyyət | 11:46 • 25 Noyabr 2019
“La Skala” teatrının solistləri Heydər Əliyev Mərkəzində çıxış ediblər -

İtaliyanın məşhur "La Skala” teatrının solistləri Heydər Əliyev Mərkəzində çıxış ediblər.


AZƏRTAC xəbər verir ki, tanınmış ifaçılar Covanni Qualyardo, Massimiliano Pizapia və Marina Naçkebiyanı Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.


Konsert proqramında dünya klassikasının qızıl fondu sayılan əsərlər - C.Verdinin "Traviata”, "Riqoletto”, J.Bizenin "Karmen”, C.Puççininin "Toska”, V.A.Motsartın "Don Juan”, P.Çaykovskinin "Yevgeni Onegin” və digər operalardan solo partiya və duetlər, romanslar, populyar italyan mahnıları ifa olunub.

Xəbər lenti