Xəzər Xəbər

Rejissor Hilal Həsənov vəfat edib

Mədəniyyət | 10:45 • 31 Oktyabr 2019
Rejissor Hilal Həsənov vəfat edib

Oktyabrın 29-da Gəncə Dövlət Kukla Teatrının yaradıcısı və keçmiş baş rejissoru Hilal Həsənov 73 yaşında ürək çatışmamazlığından Türkiyədə vəfat edib.


Bu barədə APA-ya Gəncə Dövlət Dram Teatrının Ədəbi hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev məlumat verib.


Hilal Mahmud oğlu Həsənov 10 sentyabr 1943-cü ildə Gəncədə anadan olub. 1962 ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin rejisorluq fakültəsinə daxil olub. 1979-cu ildən 1986-cı ilə kimi Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib, 1986-cı ildə Gəncə Dövlət Kukla Teatrını yaradaraq bu teatrın direktoru və baş rejisoru təyin olunub.


O, 1993-cü ildən Türkiyə Cümhuriyyətində rejissor kimi fəaliyyət göstərirdi.

Xəbər lenti