Xəzər Xəbər

Firəngiz Əlizadə yenidən Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilib

Mədəniyyət | 13:43 • 30 Oktyabr 2019
Firəngiz Əlizadə yenidən Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilib

Oktyabrın 30-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) növbəti X qurultayı keçirilib.


Xezerxeber.az xəbər verir ki, əvvəlcə Azərbaycan Bəstəkarlar İttifaqının 21 nəfərdən ibarət yeni idarə heyəti və 5 nəfərdən ibarət nəzarət-təftiş komissiyası seçilib.


Sonra qurultay iştirakçıları açıq səsvermədə Xalq artisti Firəngiz Əlizadəni yekdilliklə yenidən 5 il müddətinə İttifaqın sədri seçiblər.


Qeyd edək ki, Firəngiz Əlizadə 2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının sədridir.


Xəbər lenti