Xəzər Xəbər

Müslüm Maqomayevin xatirəsini əbədiləşdirən özbək müğənni Daşkənddən Kiyevə veloyürüş edib - FOTO

Mədəniyyət | 18:14 • 17 Avqust 2019
Müslüm Maqomayevin xatirəsini əbədiləşdirən özbək müğənni Daşkənddən Kiyevə veloyürüş edib -

Özbəkistanın opera müğənnisi "Reqistan” ansamblının rəhbəri Xursand Şerov dünya şöhrətli müğənni, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 77-ci ildönümü münasibətilə Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində yerləşən heykəli önünə veloyürüş edib. X.Şerov Azərbaycan, Özbəkistan və Ukraynanın bayraqları, Müslüm Maqomayevin portreti ilə bəzədilmiş velosipedlə heykəl önünə gələrək onun xatirəsini ehtiramla anıb.


Xursand Şerov AZƏRTAC-a müsahibəsində bildirib ki, M.Maqomayevin xatirəsini əbədiləşdirmək üçün artıq neçə ildir dünyanın müxtəlif yerlərinə veloyürüş edib. Özbəkistandan Rusiyaya, Çin, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələrə M.Maqomayevin portreti ilə bəzədilmiş velosipedilə yürüş etdiyini deyən X.Şerov dünya şöhrətli müğənnini özünə kumir seçdiyini vurğulayıb. Veloyürüş etdiyi ölkələrdə yaşayan azərbaycanlıların, diaspor fəallarının ona qarşı məhəbbətinin sonsuz olduğunu qeyd edən özbək müğənnisi bu ölkələrdə M.Maqomayevin repertuarından mahnılar oxuduğunu, konsert verdiyini açıqlayıb. O M.Maqomayevin doğum və anım günləri ərəfəsində digər ölkələrə də veloyürüşlər edəcəyini açıqlayıb. X.Şerov, həmçinin səyahətləri zamanı M.Maqomayev haqqında topladığı materialları kitab şəklində nəşr etdirəcəyini də vurğulayıb.


Ukraynanın İdman Turizmi Federasiyasının fəxri vitse-prezidenti Vladimir Sokolov isə açıqlamasında bildirib ki, X.Şerov Daşkənddən Kiyevə veloyürüş edərək böyük bir yolu qət edib. Bununla o, M.Maqomayev sevgisini bir daha sübut etmiş olub.

Xəbər lenti