Xəzər Xəbər

Yalçın Rzazadə: "Yəqin ki, əməliyyat olunacağam" - YENİLƏNİB

Mədəniyyət | 15:19 • 11 İyul 2019
Yalçın Rzazadə: "Yəqin ki, əməliyyat olunacağam" -

Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb.


Bu barədə APA-ya müğənni özü məlumat verib.


O bildirib ki, bir qədər əvvəl evə buraxılıb, xəstəxanada qala bilmir.


Y. Rzazadə qeyd edib ki, səhhətində ciddi problemlər var: "Mədəmdə üç böyük yara var idi. Hazırda o yaralar şişib və qanıma zəhərlənmə keçib. Həkimlər əməliyyata ehtiyac olduğunu deyirlər. Sabah yenidən xəstəxanaya, müayinəyə gedəcəyəm. Yəqin ki, əməliyyat olunacağam”.


*****


saat 12:54


Xalq artisti, müğənni Yalçın Rzazadə Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilib.


Bu barədə APA-ya müğənninin oğlu Yusif Rzazadə məlumat verib.


O bildirib ki, atasının səhhətində problemlər yaranıb, müğənni əməliyyat olunacaq.


"Atamın xaricdə müalicə olunmasını istəyirəm. Çünki onun səhhəti heç də yaxşı deyil. Bu məsələdə dövlətin dəstəyi olsa, çox sevinərdik”, - Y. Rzazadə qeyd edib.

Xəbər lenti