Xəzər Xəbər

Kiyevdə dahi şairimiz Səməd Vurğun anılıb - FOTO

Mədəniyyət | 14:26 • 24 Mart 2019
Kiyevdə dahi şairimiz Səməd Vurğun anılıb -

Ukraynanın paytaxtı Kiyev şəhərində Səməd Vurğun adına Kitabxanada dahi şairimiz Səməd Vurğunun 113 illiyi ilə bağlı anım tədbiri keçirilib.

Anım tədbirində Kiyevin 210, 247 saylı orta məktəbinin şagirdləri, Qafqaz Rəqs Ansamblının uşaq rəqs qrupu iştirak edib. Tədbirdə kitabxananın müdiri Qalina Çebotareva qonaqlara Səməd Vurğunun həyat və yaradıcılığından geniş danışıb, dahi şairimizin şerlərini səsləndirib. Kitabxananın əməkdaşları Səməd Vurğun haqqında təqdimat və kitabça təqdim ediblər.

Daha sonra tədbirdə digər iştirakçılar tərəfindən Səməd Vurğunun Azərbaycan və Ukrayna dillərində şerləri səsləndirilib. (AZƏRTAC)

Xəbər lenti