Xəzər Xəbər

Deylin gitarası susdu

Mədəniyyət | 17:31 • 18 Mart 2019
Deylin gitarası susdu

Amerikalı məşhur gitaraçı Dik Deyl 81 yaşında vəfat edib.


Xezerxeber.az BBC saytına istinadla xəbər verir ki, "Sörf gitaranın kralı” kimi tanınan Dik Deyl "Misirlou” musiqisi ilə məşhurlaşıb. Həmin musiqi rejissor Kventin Tarantinonun əfsanəvi "Pulp Fiction” filminin "soundtrack”lərindən biridir.


Musiqiçinin ölüm səbəbi barədə dəqiq məlumat verilməsə də, onun uzun müddətdir diabet və xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Xəbər lenti