Xəzər Xəbər

“Mimino” filminin rejissoru süni komaya salınıb

Mədəniyyət | 20:56 • 24 Fevral 2019
“Mimino” filminin rejissoru süni komaya salınıb

Ağ ciyər sətəlcəmi diaqnozu ilə Moskva klinikalarının birinə yerləşdirilən rejissor Georgi Daneliya süni koma vəziyyətinə salınıb.


Xezerxeber.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə rejissorun həyat yoldaşı Qalina Daneliya məlumat verib.


"Həkimlər onu tibbi komaya salıblar. Hazırda müayinələr aparılır, vəziyyəti izlənilir”, - deyə o bildirib.


Georgi Daneliya 1930-cu ildə Tbilisidə doğulub. "Mimino” (1977), "Afonya” (1975) kimi məşhur kinokomediyaları çəkib.

Xəbər lenti