Xəzər Xəbər

“Qremmi” mükafatının laureatı Ceyms İnqrem vəfat edib

Mədəniyyət | 15:08 • 30 Yanvar 2019
“Qremmi” mükafatının laureatı Ceyms İnqrem vəfat edib

Məşhur amerikalı müğənni və bəstəkar, iki dəfə "Qremmi” mükafatının qalibi Ceyms İnqrem 66 yaşında vəfat edib.


Xezerxeber.az xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.


Məlumata görə, müğənni uzun müddətdir beyin xərçəngindən əziyyət çəkirdi.


Qeyd edək ki, Ceyms İnqrem musiqi karyerasına ötən əsrin 70-ci illərdə başlayıb. O, tanınmış bəstəkar Kuinsi Cons və Maykl Cekson kimi məşhur müğənni ilə çalışıb. Onun ən məşhur mahnıları "100 Yol” və "Bir dəfə”dir. O, iki dəfə "Qremmi” mükafatına layiq görülüb.

Xəbər lenti