Xəzər Xəbər

Ötən ilin ən yaxşı aktyorlarının adları açıqlanıb

Mədəniyyət | 12:36 • 28 Yanvar 2019
Ötən ilin ən yaxşı aktyorlarının adları açıqlanıb

ABŞ Kinoaktyorları Gildiyası (Screen Actors Guild Award, SAG) ötən ilin ən yaxşı aktyorlarının adlarını elan edib.


Xezerxeber.az xəbər verir ki, mükafatın "Bədii filmdə ən yaxşı aktyor heyəti” nominasiyası "Qara bəbir” filminə təqdim edilib.


"Ən yaxşı aktyor” nominasiyasının qalibi Rami Malek olub. O, əfsanəvi müğənni Fredi Merkurinin həyat və yaradıcılığından bəhs edən "Bohem rapsodiyası” filmindəki baş rola görə mükafata layiq görülüb. "Ən yaxşı aktrisa” nominasiyası üzrə "The Wife” filmindəki roluna görə Qlenn Klouz seçilib.

Xəbər lenti