Xəzər Xəbər

Məhəmməd Salahın şəxsi əşyalarının nümayiş olunacağı muzeyi açılacaq

Mədəniyyət | 14:22 • 10 Yanvar 2019
Məhəmməd Salahın şəxsi əşyalarının nümayiş olunacağı muzeyi açılacaq

Misir hökuməti Qahirədə futbol üzrə bu ölkənin milli komandasının və İngiltərənin "Liverpul” klubunun yarımmüdafiəçisi Məhəmməd Salahın adını daşıyacaq muzey yaradacaq.


AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Misirin gənclər və idman naziri Əşrəf Sübhi məlumat verib. Onun sözlərinə görə, muzey Qahirənin qərbindəki Əl-Cəzirə Gənclik Mərkəzində açılacaq. Nazir xüsusi vurğulayıb ki, Məhəmməd Salah futbol üzrə Misir yığmasının və "Liverpul” komandasının uğurlar qazanmasında mühüm rol oynayıb. Hücumçunun 2018-ci ildə Afrika qitəsinin ən yaxşı futbolçusu adına layiq görüldüyünü xatırladan nazir qeyd edib ki, muzeydə Məhəmməd Salahın qazandığı medallar, idman geyimləri, fotoları və digər şəxsi əşyaları sərgilənəcək.

Xəbər lenti