Xəzər Xəbər

Latviyada Azərbaycan əsilli müğənninin albomu çıxıb

Mədəniyyət | 09:24 • 21 Noyabr 2018
Latviyada Azərbaycan əsilli müğənninin albomu çıxıb

Latviyada fəaliyyət göstərən Azərbaycan əsilli müğənni Leylalinin (Leyla Əliyeva) ilk solo albomu işıq üzü görüb.


AZƏRTAC xəbər verir ki, "Lauska” şirkətində hazırlanan alboma doqquz mahnı daxildir. Müxtəlif ölkələrin laylaları əsasında hazırlanan mahnıların əsas məqsədi insanların yuxuları və gerçəkliklər, uşaqlıq və yetkinlik, arzular və reallıqlar arasındakı incə telləri dinləyiciyə çatdırmaqdır.


Leyla Əliyeva Livanda azərbaycanlı və latış ailəsində doğulub. Uşaqlıqdan müxtəlif xalqların folkloruna maraq göstərən müğənni köklərinə uyğun olaraq Şərq və Şimal mahnı janrlarını sintez edərək yeni bir qol yaratmaq arzusundadır. O, 2015-ci ildə keçirilən beynəlxalq mahnı festivalında Latviyanı təmsil edib.


Müğənninin albomu Latviyanın Dövlət Mədəniyyəti Fondunun dəstəyi ilə işıq üzü görüb.

Xəbər lenti