Xəzər Xəbər

Merilin Monronun "Qızıl qlobusu" rekord qiymətə satılıb

Mədəniyyət | 21:30 • 18 Noyabr 2018
Merilin Monronun "Qızıl qlobusu" rekord qiymətə satılıb

1961-ci ildə tamaşaçılar tərəfindən ən çox sevilən aktrisa kimi Merilin Monroya (1926-1962) verilən "Qılız qlobus" mükafatı ABŞ-da hərracda 250 min dollara satılıb.

M.Monronun "Qızıl qlobusu" indiyə qədər ən böyük məbləğə satılan bu cür mükafat olub.

Merilin Monronun şəxsi əşyaları Los-Ancelesdə hərraca çıxarılıb. İlk növbədə aktrisanın 1965-ci il buraxılışı olan avtomobili "Ford Thunderbird" 490 min dollara satılıb. Bundan əlavə, hərracda M.Monronun sürücülük vəsiqəsi (10 min dollar), üz qabığında aktrisanın olduğu "Playboy" jurnalı (32 min dollar) və aktrisanın 1956-cı ildə Los-Anceles hava limanında keçirilən mətbuat konfransına geyindiyi qara köynəyi (43,75 min dollar) satılıb.

Qeyd edək ki, M.Monro karyerası ərzində (əsl adı Norma Cin Mortenson) müxtəlif kinofilmlərdə 30-a yaxın rollarda oynayıb. Aktrisa 1962-ci ilin avqustun 5-də Los-Ancelesdə dünyasını dəyişib.

Xəbər lenti