Bolqar və fransız arxeoloqlarının birgə əməkdaşlığı çərçivəsində Bolqarıstanın şimalında yerləşən Budjaka təpəsinin yamacında eramızdan əvvəl IV-III əsrə aid olan qədim yunan məzarları aşkar edilib.
AZƏRTAC xəbər verir ki, arxeoloqlar 180 kvadratmetr ərazidə ən böyük ailə məzarlığına rast gəliblər. Məzarlıq düzbucaq şəklindədir, eni 6 metr, uzunluğu isə 8 metrdir. Məzarlığın divarları geniş daşlardan ibarətdir. Daxilində iki qadın və bir kişinin sümükləri aşkarlanıb. Güman edilir ki, onlar nüfuzlu Apollon nəslindən olublar.