Xəzər Xəbər

Aşıq Şəmşirin yeni deyişməsi əldə olunub

Mədəniyyət | 12:58 • 10 Oktyabr 2018
Aşıq Şəmşirin yeni deyişməsi əldə olunub

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri, aşıq poeziyasının tanınmış siması Aşıq Şəmşirin yeni deyişməsi əldə olunub. Deyişməni "Aşıq Pəri Məclisi”nin bədii rəhbəri, şair-publisist Güllü Eldar Tomarlı və Azərbaycan Aşıqlar Birliyinin üzvü, aşıq sənətinin tədqiqatçısı Mahmud Əyyubluya Dəmirçi Süleymanın nəvəsi Qalib İsmayılov təqdim edib.


Tədqiqatçısı Mahmud Əyyublu AZƏRTAC-a bildirib ki, aşığın külliyyatında yer almayan bu deyişmə yenidir. Azərbaycan xalq dastanlarının mahir ifaçısı Aşıq Şəmşirin əldə olunan deyişməsi Dəmirçi Süleymanladır. Deyişmə olduqca maraq kəsb edir. Əldə edilən yeni deyişmə geniş həcmli məqalə ilə tədqiqatçılar tərəfindən ictimaiyyətə təqdim olunacaq.

Xəbər lenti