Xəzər Xəbər

Misir mumiyalarında gizlədilmiş məktub tapıldı

Mədəniyyət | 09:50 • 31 Avqust 2018
Misir mumiyalarında gizlədilmiş məktub tapıldı

Stenford Universitetinin muzeyində saxlanılan sarkofaqdakı qədim mumiyadan əvvəllər alimlər tərəfindən aşkar edilməyən məktubun hissələri tapılıb. Araşdırmaçılar mumiyanın məxsus olduğu qadının adını müəyyən ediblər.


Oxu.Az xəbər verir ki, bununla bağlı "Phys.org”un yayımladığı press-relizdə məlumat yayılıb.


Mumiyanın iki min il yaşı olduğu bildirilib. Onun eramızdan əvvəl 100-ci il ilə eramızın 100-ci ili arasındakı dövrdə yaşadığı qeyd edilib.


Qalıqlar 1901-ci ildə Stenford Universitetinin yaradıcısı və maqnat Leland Stenfordun həyat yoldaşı tərəfindən aşkar edilib. Onun zəlzələlər nəticəsində ciddi zərər gördüyü açıqlanıb.


2018-ci ilin yazında mumiyanın qalıları muzey mədəniyyəti kursu çərçivəsində tələbələr tərəfindən araşdırılıb.

Xəbər lenti