Xəzər Xəbər

İstanbulda Azərbaycan, Türkiyə və Yunanıstan incəsənət ustalarının birgə konserti olub

Mədəniyyət | 09:31 • 19 Aprel 2018
İstanbulda Azərbaycan, Türkiyə və Yunanıstan incəsənət ustalarının birgə konserti olub

İstanbulda Azərbaycanın, Türkiyənin və Yunanıstanın tanınmış incəsənət ustalarının birgə konserti olub.


AZƏRTAC xəbər verir ki, Camal Rəşid Rey salonunda keçirilən konsertdə Azərbaycanı Əməkdar Artist Fərqanə Qasımova, Türkiyəni Mehtap Demir, Yunanıstanı isə Sofiya Papazoqlou təmsil ediblər.


Görkəmli sənətkarlar mahnılarını Azərbaycan, türk və yunan dillərində ifa ediblər. Bütün ifalar, o cümlədən üç dildə oxunan "Sarı gəlin” tamaşaçıların hərarətli alqışları ilə qarşılanıb.

Xəbər lenti

Çox oxunanlar