Xəzər Xəbər

Parma 2020-ci ildə İtaliyanın mədəniyyət mərkəzi olacaq

Mədəniyyət | 09:42 • 18 Fevral 2018
Parma 2020-ci ildə İtaliyanın mədəniyyət mərkəzi olacaq

İtaliyanın mədəni irs, fəaliyyətlər və turizm naziri Dario Françeski bildirib ki, Parma 2020-ci ildə İtaliyanın mədəniyyət mərkəzi olacaq.

AZƏRTAC İtaliyanın ANSA agentliyinə istinadən xəbər verir ki, münsiflər heyəti Parmanı yerli mədəniyyətlərə əsaslanan planlaşdırmanın effektiv və son dərəcə yüksək keyfiyyətli nümunəsi adlandırıblar.

Parma şəhərin meri Federiko Piççarotti deyib: "Mən nadir hallarda söz tapa bilmirəm, ancaq bu dəfə baş verdi. Mən həqiqətən çox həyəcanlıyam”.

Xəbər lenti