Xəzər Xəbər

Kamal Sunalın oğlu: “Atamın filmlərinə baxmıram”

Mədəniyyət | 15:15 • 13 Noyabr 2017
Kamal Sunalın oğlu:
Dünən İstanbulda Kamal Sunal anılıb.


Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Komediya festivalı çərçivəsində Kamal Sunalın şəxsi və fəaliyyəti ilə bağlı sərgi keçirilib.


Sərgini məşhur aktyorun həyat yoldaşı Gül Sunal, oğlu Ali Sunal və qızı Ezo Sunal açıq elan edib. Çıxış edən Gül Sunal həyat yoldaşı haqqında maraqlı fikirlər bölüşüb: "Kamal hər şeyi bir qıraqda gizləməyi sevərdi. Rəsmi nikah kağızımızı belə gizləmişdi. Oğlunun sünnətində geyindiyi qiyafəni belə sərgidə görə bilərsiniz”.


Oğlu, yumorist Ali Sunal isə çıxışında çoxunu təəccübləndirib: "Atamın filmlərini hələ də izləyə bilmirəm. Görək, gələcəkdə uşağım dünyaya gəlsə, babasını ona tanıtmaq üçün bəlkə izləyərəm”.

Xəbər lenti