Xəzər Xəbər

Van gölünün dibində qədim qala divarları tapılıb

Mədəniyyət | 15:59 • 12 Noyabr 2017
Van gölünün dibində qədim qala divarları tapılıb

Türkiyənin Van gölünün dərinliyində tarixi qala divarları aşkarlanıb. Daş divarlar böyük bir ərazini əhatə edir.


AZƏRTAC xəbər verir ki, gölün dərinliyindəki tədqiqat işləri Van Yüzüncü Yıl Universiteti tərəfindən aparılır. İlkin ehtimala görə, təxminən 3000 il yaşı olan divarlar Adilcevaz qalasına məxsusdur. Van gölünün suyunun tərkibində çox miqdarda soda olduğu üçün qala divarlarının daşlarında çürümə müşahidə edilməyib.

Xəbər lenti