Xəzər Xəbər

Nəsiminin anadilli ”Divan”ının iki nüsxəsinin surəti əldə edilib

Mədəniyyət | 15:10 • 16 Oktyabr 2017
Nəsiminin anadilli ”Divan”ının iki nüsxəsinin surəti əldə edilib

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli "Divan”ının iki nüsxəsinin surətini əldə edib.

İnstitutdan xezerxeber.az-a bildiriblər ki, 83 vərəqdən ibarət birinci "Divan” aydın nəsx xətti ilə köçürülüb. Üç yüz səkkiz vərəqdən ibarət olan ikinci "Divan” da səliqəli xətlə yazılıb. "Divan”ın əvvəlində "Divani-həzrəti-Seyyid Nəsimi qəddəsə sirülhül-əziz” ("Həzrət Seyid Nəsiminin (qəbri pak olsun) divanı”) sözləri yazılıb. Bura 711 qəzəl, altı tərcibənd, üç məsnəvi, doqquz müstəzad, beş müxəmməs, 603 rübai, üç qitə daxildir. Diqqəti cəlb edən cəhət odur ki, bu nüsxədə Nəsiminin rast gəlmədiyimiz bir sıra şeirləri yer alıb. Mənbələrdə şairin heç bir müxəmməsinə rast gəlmədiyimiz halda, burada onun beş müxəmməsi verilib.

Yeni tapılmış əlyazma nüsxələri böyük şairin irsini araşdıranlar üçün dəyərli töhfədir.

Xəbər lenti