Xəzər Xəbər

Balakəndə orta əsrlərə aid Alban məbədi tapılıb - FOTO

Mədəniyyət | 16:03 • 22 İyul 2017
Balakəndə orta əsrlərə aid Alban məbədi tapılıb -

alakən rayonunda orta əsrlərə aid Alban məbədi aşkarlanıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, Balakən rayonunun Tülü kəndində "Tülü türbəsi” kimi qeydiyyata düşmüş abidə ətrafında aparılan arxeoloji qazıntılar və təhqiqatlar nəticəsində bir sıra mühüm tarixi faktlar ortaya çıxıb. Qeyd olunub ki, uzun illər kiçik bir türbə kimi qeydiyyata alınan və qorunan bu abidənin ətrafında aparılan araşdırmaların nəticələr bunu deməyə əsas verir. Təqribən 150 kvadratmetr ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində burada ümumi uzunluğu 12,7 metr, eni isə kənarlardan 6,7 və 7,4 metr olan erkən xristianlıq dövrünə aid olduğu güman edilən məbəd aşkar edilib. Yaxın gələcəkdə tarixi abidənin kompleks şəklində tədqiq edilməsi nəzərdə tutulub.

Qeyd olunub ki, 26 tarixi abidənin qeydiyyata alındığı Balakən rayonunda hələ tədqiqata ehtiyacı olan 100-dən çox abidə və tikili var.

Xəbər lenti