Xəzər Xəbər

Məşhur aktyor vəfat edib

Mədəniyyət | 10:11 • 17 İyul 2017
Məşhur aktyor vəfat edib

Amerikalı məşhur aktyor Martin Landau vəfat edib.

Xezerxeber.az-ın "RİA-Novosti”yə istinadən verdiyi məlumata görə, Oskar mükafatı laureatı Los-Ancelesdə, müalicə aldığı Kaliforniya universitetinin tibbi mərkəzində ölüb.

89 yaşlı M. Landau 1960-70-ci illərdə çəkildiyi "Missiya yerinə yetirilə bilməz”, "Kosmos1999”seriallarına görə məşhurlaşıb. 1994-cü ildə "Ed Vud” filmindəki roluna görə M. Landau ən yaxşı ikinci dərəcəli aktyor kimi Oskar mükafatına layıq görülüb. 2 dəfə (1968 və 1988-ci illərdə) "Qızıl Qlobus” mükafatını alıb.

Xəbər lenti