Xəzər Xəbər

ÜST COVID-19-la bağlı kliniki təlimatları yenilədi

Maraqlı | 18:39 • 26 Yanvar 2021
ÜST COVID-19-la bağlı kliniki təlimatları yenilədi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 infeksiyasının müalicəsi ilə bağlı kliniki təlimatları yeniləyib.


Bunu ÜST-ün rəsmi nümayəndəsi Marqaret Harris deyib.


O bildirib ki, yeni təlimatda əsas diqqət xəstəliyin xroniki təsirinə verilib:


"İnfeksiyadan sağalmanın normal müddəti iki həftə olsa da, bəzi xəstələrdə bu, daha ciddi formada - səkkiz həftəyədək davam edə bilər. Bəzilərində isə bu simptomlar daha uzun çəkə bilər. Xəstələr yorğunluq, müntəzəm öskürək, fiziki dözümsüzlük, eləcə də nevroloji və ürək simptomlarından əziyyət çəkirlər"./trend

Xəbər lenti