Xəzər Xəbər

Britaniya kraliçası üçün koronavirusu öldürən xüsusi əlcək hazırlanacaq

Maraqlı | 13:19 • 26 Noyabr 2020
Britaniya kraliçası üçün koronavirusu öldürən xüsusi əlcək hazırlanacaq

Böyük Britaniya kraliçası II Elizabet xüsusi hazırlanmış anti-koronavirus əlcəkləri ilə təchiz ediləcək.


Bu barədə "The Telegraph” yazıb.


KİV-in yazdığına görə, əlcəklər İsveçrədə hazırlanan mikrob və virusları məhv edən materialdan düzəldiləcək.


Aksesuarı monarxın əlcəklərini hazırlayan Korneliya Ceyms düzəldəcək.


Əlcəklərin görünüşcə və toxunma formasına görə adi əlcəklərə bənzəyəcəyi gözlənilir.


Nəşr yazır ki, yeni işlənəcək qoruyucu əlcək modelinin pambıq və yun növləri Bukinqem Sarayına təqdim ediləcək.


(Report.az)


Xəbər lenti