Xəzər Xəbər

Alimlər koronavirusu öldürən qeyri-adi dərman tapdı

Maraqlı | 17:29 • 24 Oktyabr 2020
Alimlər koronavirusu öldürən qeyri-adi dərman tapdı

Qarqara vasitələri koronavirusu öldürə bilər.


Xarici mətbuat xəbər verir ki, bu barədə ABŞ-ın Pensilvaniya Tibb Kollecinin alimləri məlumat verib.


Araşdırmalarının nəticələri "Journal of Medical Virology” jurnalında dərc edilib.


Mütəxəssislər bir neçə markanın ağız yuyucu vasitələrini, hidrogen peroksid durulamaları, burun yaxalamaq üçün duzlu su və bir faizli uşaq şampununu analiz edib. Bütün bu maddələrə fərqli vaxtlarda koronavirus əlavə ediblər. Qarqara vasitələrinin koronavirusu öldürməkdə daha effektiv olduğu üzə çıxıb. Onların 30 saniyədə 99.9% -ə qədər virus öldürə biləcəyi iddia edilib.


Sağ qalan hüceyrələrin sayına görə mütəxəssislər aktivliyini itirmiş virusların səviyyəsini təyin edib. Bir çox həkimin sinusları müalicə etmək üçün istifadə etdiyi 1 faizli şampun da oxşar təsirə malikdir.


Tədqiqatçılar klinik tədqiqatlar aparmaq və ağız yuyucu vasitələrin koronavirus xəstələrinin virus yükünü azalda biləcəyini öyrənmək niyyətindədirlər./Publika.az

Xəbər lenti