Xəzər Xəbər

Unitaz qapağını örtmədən sifonu çəkmək nələrə səbəb olur?

Maraqlı | 11:15 • 20 Sentyabr 2020
Unitaz qapağını örtmədən sifonu çəkmək nələrə səbəb olur?

Sifonu unitazın qapağı açıq ikən çəkmək çoxlarının yol verdiyi gigiyena qaydasıdır. Bu, həm sizin, həm də başqalarının səhhətini təhlükəyə atır. Araşdırmaçılar bildirib ki, sifonu unitazın qapağı açıq halda çəkdikdə nəcis və mikroblar 5 metrə qədər uzağa sıçraya bilir. Alimlər buna "tualet tükü” adını verir. Odur ki, qapağı bağlamağa laqeyd yanaşmayın.


Ekspertlər tualetdən bulaşan mikrobların xüsusilə təhlükəli olduğunu əlavə edib. 4-6 saat ərzində tualeti istifadə edən hər kəsə təsir edə bilər. Bəzi E.coli növləri ishal və qusmaya yol açan xəstəliklərə də səbəb olur. Hər istifadədən sonra bütün səthlərin təmizlənməsi ilə xəstəliklərin qarşısını almaq mümkündür. Təəssüf ki, təmizləmək üçün istifadə etdiyimiz kimyəvi maddələr tualet bakteriyalarından daha təhlükəli ola bilər! Həddindən artıq istifadə olunan təmizləyici maddələr ağciyəri qıcıqlandıra bilər və gözləri və dərini yandıra bilər.


Tualet fırçanızı istifadə etdikdən sonra quruduğuna əmin olun. Kirli tualet fırçası mikrobların böyüməsi üçün çox uyğun mühitdir. Odur ki, hər istifadədən sonra fırçasını qurudun. Tualet fırçanızı ayda iki dəfə dezinfeksiya edin.


Hemoroidi ağırlaşdıra biləcəyi üçün tualetdə çox vaxt keçirməməyə çalışın. Çünki tualetdə uzun müddət oturmaq damarlarınızda qan yığılmasına və həddindən artıq təzyiq yaratmasına səbəb ola bilər./Publika.az

Xəbər lenti