Xəzər Xəbər

Buynuzlu cərimə meydançası: "qayda pozana" görə iki min ödəyəcəklər

Maraqlı | 16:23 • 15 Avqust 2020
Buynuzlu cərimə meydançası:

Dağıstanda inəklər üçün cərimə meydançası yaradılıb. Heyvanları cərimə meydançasına düşən sahiblər onu geri almaq üçün iki min rubl cərimə ödəməli olurlar


Dağıstanda inəklər üçün cərimə meydançası yaradılıb. Bura sahibləri tərəfindən nəzarətsiz buraxılan heyvanlar salınır. Rusiya mediası xəbər verir ki, bir çox hallarda inəklər çəmənliklərdə yox, dayanacaqlarda peyda olur, qazonları otlayır, avtomobil yollarını bloklayırlar və sürücülərə getməyə imkan vermirlər.


Ona görə də heyvanları cərimə meydançasına düşən sahiblər onu geri almaq üçün iki min rubl cərimə ödəməli olurlar.


"Kiməsə güzəştə gedirik, endirim edirik, böyüklərə, nənələrə, pensiyaçılara heyvanlarını elə-belə qaytarırıq və bundan sonra onları çölə özbaşına açıb buraxmamağı xahiş edirik", - deyə Buynaksk şəhər Administrasiyasının əməkdaşı İbrahim Murtazaliyev bildirib.


O deyib ki, tərtib edilən qaydalara görə, əgər eyni adamın inəyi yenidən cərimə meydançasına düşərsə, onda sahibi beş min rubl ödəməlidir./Sputnik Azərbaycan


Xəbər lenti