Xəzər Xəbər

Koronavirus iflicə səbəb olur - ARAŞDIRMA

Maraqlı | 17:35 • 14 Avqust 2020
Koronavirus iflicə səbəb olur - ARAŞDIRMA

Türkiyənin elm adamları koronavirusun insan nevrologiyasına təsirlərini araşdırıb.


Əbdülqadir Tunc, Yonca Ünlübaş, Murad Ələmdar və Enes Akyüzün apardığı araşdırma nəticəsində COVİD-19 xəstələrindən bəzilərinin nevroloji sarsıntı keçirdiyi bəlli olub.


Sakarya şəhərində gerçəkləşdirilən araşdırmada 45-77 yaş aralığında xəstəliyin risk qrupunda olan pasiyentlərin infeksiyaya yoluxduqdan sonra heç bir səbəb olmadan iflic keçirdiyi aşkarlanıb.


Araşdırma COVİD-19 xəstəliklərində iflic ola biləcəyinin ilk elmi sübutu olduğundan dünya tərəfindən koronavirusun nevroloji təsirlərinin araşdırılmasını təmin edib./Publika.az

Xəbər lenti