Xəzər Xəbər

Yeməyi bu yağla qızartmayın! XƏBƏRDARLIQ

Maraqlı | 09:25 • 7 Avqust 2020
Yeməyi bu yağla qızartmayın!

Yeməklərin qızardılması üçün kərə yağını istifadə etməmək məsləhət görülür.


XəzərXəbər xəbər verir ki, tövsiyəni həkim-dietoloq İrina Berejnaya verib.


Ekspert quru tava və ya qrildən istifadə etməyi də tövsiyə edir.


"Təzə kərə yağı məqbul miqdarda təhlükəsizdir. Həmçinin xolesterinin maddələr mübadiləsinə mənfi təsir göstərmədiyi də məlum olub”, – dietoloq vurğulayıb.


Bununla belə, İ.Berejnayanın sözlərinə görə, 70 dərəcədən artıq istilikdə azad radikallar ortaya çıxa bilər. Onlar uzunmüddətli istifadədə onkoloji xəstəliyə yol aça bilər.


Mütəxəssis bildirib ki, xörəklərin hazırlanmasında donuz yağından da yararlanmaq olar, ancaq bununla belə, ən yaxşı seçim deyil.


"Uzunmüddətli istifadə və yüksək hərarət zamanı kalorilik artacaq və müvafiq olaraq həmin azad radikallar ortaya çıxa bilər. Bununla belə, azad radikallar kərə yağından daha az miqdarda olacaq”, – o əlavə edib.


Sputnik.az

Xəbər lenti