Xəzər Xəbər

Təhlükəli astroid Yerdən yan keçdi

Maraqlı | 10:26 • 6 Avqust 2020
Təhlükəli astroid Yerdən yan keçdi

Ölçüləri mütəxəssislər tərəfindən 84-190 metr qiymətləndirilən 2009 PQ1 asteroidi bu gün axşam saatlarında Yer kürəsinin yanından təhlükəsiz şəkildə ötüb keçib.


Bu barədə NASA bildirib.


2009 PQ1 asteroidi saat 20:35-də Yer kürəsindən 4 milyon kilometr məsafədə saniyədə 13,4 kilometr sürətlə uçub.


Bu, Yerlə Ay arasındakı məsafədən yeddi dəfə uzaqdır. Səma cismi gələn dəfə Yer kürəsinə bir də 2137 ildə yaxınlaşacaq.


Qeyd edək ki, həmin asteroid 2009-cu il avqustun 14-də kəşf olunub. Astronomlar onu Apollonlar sinfinə - orbitləri Yer orbiti ilə kəsişən asteroidlərə aid edirlər./Publika.az

Xəbər lenti