Xəzər Xəbər

“Mercedes”dən dünyanı sevindirən açıqlama: pulsuz paylanacaq

Maraqlı | 13:44 • 8 Aprel 2020
“Mercedes”dən dünyanı sevindirən açıqlama: pulsuz paylanacaq

Almaniyanın nəhəng avtomobil şirkəti "Mercedes” koronavirusla mübarizə tədbirləri çərçivəsində istehsal etdiyi süni tənəffüs aparatlarının dizaynını pulsuz paylamağa hazırdır.

Bu barədə məlumatı şirkət yayıb.

Bildirilib ki, dünyada koronavirusla mübarizəyə dəstək üçün bu addımın atılması düşünülür.

Qeyd edək ki, ölkənin Milli Səhiyyə Xidmətləri(NHS) ilk mərhələdə şirkətə 10 min süni tənəffüs aparatı sifariş vermişdi. Şirkət London Universiteti Akademiyası (UCL) ilə birlikdə gündəlik min ədəd cihaz istehsal edir.

Xəbər lenti