Xəzər Xəbər

ABŞ-da koronavirusa qarşı vaksini heyvanlar üzərində sınaqdan keçirirlər

Maraqlı | 11:01 • 7 Aprel 2020
ABŞ-da koronavirusa qarşı vaksini heyvanlar üzərində sınaqdan keçirirlər

ABŞ-ın Müdafiə Nazirliyi koronavirusa qarşı vaksinin sınaqlarına başlayıb.

"Lenta.ru” xəbər verir ki, bunu ABŞ-ın Qərargah Rəislərinin Birləşmiş Komitəsinin baş həkimi, briqada generalı Pol Fridrixs bildirib.

P.Fridrixsin sözlərinə görə, bu vaksinin qısa zamanda hazır olacağı anlamına gəlmir.

"Proses aylar ərzində davam edəcək. Eyni zamanda bir neçə vaksin variantı sınaqdan keçirilir. Sınaqlar hal-hazırda təhlükəsiz şəkildə heyvanlar üzərində keçirilir. Vaksinin təhlükəsizliyi təsdiq edilsə, sınaqlar kiçik qrup insanlar arasında keçiriləcək”, - deyə general əlavə edib./oxu.az

Xəbər lenti