Xəzər Xəbər

Britaniyalı fotoqraf “səma mələyi”nin şəklini çəkib - FOTO

Maraqlı | 15:37 • 13 Fevral 2020
Britaniyalı fotoqraf

Böyük Britaniyalı fotoqraf Li Xaudl Derbişir qraflığında yerləşən Pik Distrikt (Peak District) Milli parkında gəzərkən səmada yaranan dumanlı kölgəni kamerasına çəkib.

"Daily Mail”məlumat verir ki, sözügedən görüntü "sınmış kabus” və ya"dağ kabusu” adlanır və Böyük Britaniyanın Meteoroloji Bürosu tərəfindən ən soyuq hava şəraitində qeydə alınan təbiət hadisələri sırasına aiddir.

Fotoqraf Li Xaudl çəkdiyi fotonu sehrli "səma mələyi” adlandırıb.

L.Xaudl bildirib ki, bu effekt müşahidəçinin buludlardan yuxarı - dağ və ya təpədə - arxası günəşə tərəf dayandıqda yaranır.

oxu.az

Xəbər lenti