Xəzər Xəbər

Sürətlə yayılan nadir xəstəliyin SİRRİ ORTAYA ÇIXDI: prezident hərəkətə keçdi

Maraqlı | 15:38 • 21 Yanvar 2020
Sürətlə yayılan nadir xəstəliyin SİRRİ ORTAYA ÇIXDI:

Çində sürətlə yayılan və sətəlcəmə bənzədilən xəstəliyin sirri ortaya çıxıb.

Koronavirusun insandan insana keçdiyi təsdiqlənib.

Çin mediasında yer alan xəbərlərə görə, Milli Səhiyyə Komissiyası tərəfindən epidemiyanı araşdıran mütəxəssis komandasının rəhbəri Zonq Naşan Quanqdonq əyalətindəki 2 nəfərə virusun ailə üzvlərinin birindən keçdiyinin təsbit edildiyini açıqlayıb.

"Gündəlik Çin” (China Daily) qəzetində virusun tapıldığı xəstələrə qulluq edən bəzi tibb işçilərinin də virusa yoluxduğu xəbəri yer alıb.

Çin Mərkəzi Televiziyasının xəbərinə görə, Prezident Si Cinpin virusun qarşısının alınması üçün təşəbbüs göstərilməsinə dair təlimatlar verib. Prezident partiya komitələri, hökumət və aidiyyəti departamentlərin insanların həyatına və sağlamlığına əhəmiyyət verməsini istəyib.

"Sinxua” agentliyi Çində bu günə qədər sirli virusa 224 nəfərin yoluxduğunu, bunlardan 217-in təsdiq edildiyini yazıb.

Qeyd edək ki, virusa yoluxan 3 nəfər dünyasını dəyişib./publika.az

Xəbər lenti